Azərbaycan prezidenti İlham Əliyevin Davosda “The Boston Consulting Group” şirkətinin prezidenti və baş direktoru Riç Lesser ilə görüşü olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
R.Lesser həm dövlət qurumlarının, həm də özəl şirkətlərin fəaliyyətində, səhiyyə, icbari tibbi sığorta və digər sahələrdə daha yüksək idarəçiliyi təmin edəcək rəqəmsal həll variantlarına malik olduqlarını dedi.
“Azərbaycanda bu həll variantlarının tətbiqi həm yeni iş yerlərinin yaradılmasına səbəb olacaq, həm də prezident İ.Əliyevin həyata keçirdiyi idarəetmə sistemlərinin daha da təkmilləşdirilməsinə mühüm töhfə verəcək”, - məlumatda qeyd olunduğu kimi, R.Lesser bildirib.
Öz növbəsində, İ.Əliyev “The Boston Consulting Group” şirkətinin Azərbaycandakı fəaliyyətindən məmnunluğunu bildirdi. O, Azərbaycanın müxtəlif dövlət və özəl şirkətlər ilə əməkdaşlığın, biznes mühitinə dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirdi.
Görüş Davod Dünya Forumu çərçivəsində baş tutub. **
F.İsazadə