“Qazprom” PSC Azərbaycanda nümayəndəlik açıb.
““Qazprom” PSC-nin Bakıdakı nümayəndəliyi 2018-ci il dekabrın 12-də Vergilər Nazirliyində qeydiyyatdan keçib”, - deyə nazirlikdən “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verilib.
Şirkətin rəsmi nümayəndəsi Rusiya vətəndaşı Maksut Anderjanovdur.
Xəbər verildiyi kimi, 2017-ci ilin oktyabr ayında “Qazprom”un Direktorlar Şurası Azərbaycanda nümayəndəliyin açılmasına dair qərar qəbul edib.*
A.Əzizov