2018-ci ildə Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 229,9 mln. ton yük daşınıb ki, bu da 2017-ci ilin göstəricisindən 1,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 82,4% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 17,6% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, 2018-ci il ərzində qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 2,8% artıb.
Hesabat dövründə dəmir yolu ilə 13,7 mln. ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da 2017-ci ilin göstəricisindən 5,7% azdır.
Dəniz nəqliyyatı ilə 8 mln. 236,1 min ton (azalma 1,3%), avtomobil nəqliyyatı ilə 149,3 mln. ton (artım 3,1%), hava nəqliyyatı ilə 203,1 min ton (artım 17,4%) müxtəlif yük daşınıb.
Hesabat dövründə daxili neft kəmərləri vasitəsilə 41 mln. 490,8 min ton neft (azalma 2,9%) nəql olunub. Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.*
B.Rüstəmbəyov