Azərbaycan prezidenti İlham Əliyev İsveçrə şirkətlərinin investor qismində cəlb olunmasında maraqlı olduğunu ifadə edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Azərbaycan iqtisadi inkişafına İsveçrə şirkətlərinin investor qismində cəlb olunmasında maraqlıdır”, - İ.Əliyev çərşənbə günü Davosda İsveçrə Konfederasiyasının prezidenti Ueli Maurerin görüşü zamanı bildirib.
İ.Əliyev İsveçrə şirkətlərinin Azərbaycan ilə fəal əməkdaşlığı gələcəkdə də davam etdirəcəklərinə əminliyini bildirdi. Həmçinin, dövlət başçısı Azərbaycanda alternativ enerjinin istehsalında İsveçrə şirkətlərinin iştirakı məsələlərinə toxunuldu.
“Azərbaycanda bu sahədə geniş işlər aparılır və bu baxımdan İsveçrənin təcrübəsinin ölkəmizdə öyrənilməsi əhəmiyyətlidir”, - prezident qeyd edib.
Söhbət zamanı qarşılıqlı ticarətin genişləndirilməsinin vacibliyi qeyd olundu.
İ.Əliyev Azərbaycanda infrastruktur sahəsində görülən işlərdən danışdı, respublikanın beynəlxalq daşımalarda çox mühüm tranzit ölkəyə çevrildiyini dedi.
Dövlət başçısı dəmir yolu ilə yüklərin artıq Asiyadan Avropaya Azərbaycan ərazisindən daşınmasına başlandığını qeyd etdi.
Öz növbəsində, U.Maurer dedi ki, İsveçrə iş adamları Azərbaycanda biznes mühiti üçün yaradılan şəraitdən çox razıdırlar. O bildirib ki, Azərbaycan ilə İsveçrə arasında hava əlaqəsinin açılması da əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
U.Maurer bildirdi ki, Azərbaycan ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün İsveçrə tərəfi də konkret addımların atılmasına hazırdır. **
B.Rüstəmbəyov