“AzerGold” QSC kəşfiyyat qazma işlərinin həyata keçirilməsi üçün şirkət seçir. Bu barədə cəmiyyətin elanında qeyd olunur.
Seçim açıq tender üsulu ilə keçirilir. Tenderdə iştirak haqqı – 500 manatdır.
Seçimdə zəruri təcrübə, peşəkarlıq, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəçilik bacarığı olan etibarlı şirkətlər iştirak edə bilər.
Tender təklifləri martın 6-da saat 15:00-dək qəbul olunur.
Tender proseduru martın 7-də saat 15:00-da baş tutacaq.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.**
N.Abbasova