Dövlət Neft Fondu (ARDNF) avtomatlaşdırılmış idarəetmə sisteminin tədarükçüsünü seçir (Enterprise Resource Planning/ERP). Bu barədə Fondun elanında deyilir.
Seçim açıq tender üsulu ilə keçirilir və iki mərhələdən ibarətdir.
Birinci mərhələ üzrə tender proseduru martın 11-də saat 11:00-da, ikinci mərhələ üzrə - mayın 22-də sat 11:00-da keçiriləcək.
Birinci mərhələ üçün şirkətlədən ilkin tender təkliflərinin qəbulu (qiymət qeyd olunmadan texniki təkliflər) martın 7-də saat 18:00-dək, ikinci mərhələ üçün son tender təklifləri (texniki və maliyyə təklifləri) – mayın 21-də saat 18:00-dək qəbul olunur.
Tenderdə iştirak haqqı – 500 manatdır.
1999-cu ildə yaradılan ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.**
N.Abbasova