Azərbaycan gömrükçüləri İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən 1,3 kq-dan artıq heroini satmaq cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilir.
“Biləsuvar rayonu ərazisində Azərbaycan vətəndaşları Rövşən Bəşirov və Elşad Alməmmədov saxlanılıb və onlardan şərti alıcıya satmaq istədikləri, 11 ədəd polietilen paketlərdə, ümumi çəkisi 1306,8 qram olan narkotik vasitə-heroin aşkar edilərək götürülüb”, - Komitənin məlumatında deyilir.
R.Bəşirov və E.Alməmmədov DGK Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə daxil olan məlumat əsasında saxalanılıblar.
Faktla bağlı araşdırma aparılır. **
F.İsazadə