2018-ci ildə Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə sərnişindaşımaların həcmi 2 mlrd. 2,8 mln. nəfər təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 1,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 2 mln. 785,4 min nəfər (artım 11,8%), dəniz nəqliyyatı ilə 15,7 min nəfər (azalma 8,2%), hava nəqliyyatı ilə 2 mln. 399,1 min nəfər (artım 1,7%), metro ilə 231 mln. sərnişin (artım 0,9%) daşınıb.
2018-ci ildə avtomobil nəqliyyatı vasitələri ilə 1 mlrd. 766,6 mln. sərnişin (artım 1,5%), avtobuslarla 1 mlrd. 697 mln. 236,3 min sərnişin (artım 1,5%), taksi ilə 69 mln. 328,4 min sərnişin (artım 2,6%) daşınıb.*
B.Rüstəmbəyov