Gəncə Avtomobil Zavodunun bazasında Belarusun “Qomselmaş” müəssisəsi ilə birlikdə kombayn istehsalının təşkili planlaşdırılır. Bu barədə BELTA agentliyi xəbər verir.
Bu məsələ Qomel şəhərinin İcra Komitəsinin sədri Pyotr Kiriçenko ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun görüşündə müzakirə olunub.
«“Qomselmaş” müəssisəsi ilə birlikdə Gəncə Avtomobil Zavodunun bazasında kombayn və digər kənd təsərrüfatı texnikasının istehsalının təşkili nəzərdə tutulur», - deyə N.Bayramov bildirib.
Azərbaycan nümayəndə heyəti “Qomselmaş” ASC-nin rəhbərliyi ilə danışıqlar aparmağı, istehsal imkanları ilə tanış olmağı, əməkdaşlıq perspektivlərini müzakirə etməyi planlaşdırır.
Gəncə Avtomobil Zavodunun bazasında “Belarus” traktorlarının istehsalı üzrə birgə müəssisə fəaliyyət göstərir.
İlkin hesablamalara görə, birgə müəssisədə 100-150 ədəd kombayn istehsalı nəzərdə tutulur.
2018-ci ilin yekunları üzrə Gəncədə 1,303 min ədəd müxtəlif təyinatlı Belarus traktoru yığılıb.*
B.Rüstəmbəyov