Prezident İlham Əliyev qeyd edir ki, Azərbaycan milli maraqların qorunması və digər ölkələrlə yaxşı işgüzar münasibətlər arasında balansı tapmağa müvəffəq olub.
“Azərbaycan milli maraqlarının etibarlı müdafiəsi və digər ölkələrlə yaxşı işgüzar münasibətlər arasında balansı tapa bilib”, - İ.Əliyev özünün Twitter mikrobloqunda yazıb.
Həmçinin, prezident vurğulayıb ki, Azərbaycan daxili infrastrukturu modernləşdirir, bu infrastruktur ölkəni beynəlxalq mərkəzlərdən birinə çevirəcək.
“Müasir nəqliyyat qovşağının yaradılması Azərbaycanı şərqdən qərbə və şimaldan cənubadək əsas tranzit ölkəyə çevirir”, - İ.Əliyev bildirib. **
A.Əzizov