“Sberbank CIB Investment Research”ın analitikləri 2019-cu ildə Azərbaycanda ÜDM-in artım tempini 3,2%-dək proqnozlaşdırırlar.
“2018-ci ildə Azərbaycanda ÜDM-in 1,4% artıb, baxmayaraq ki, 2017-ci ildə bu artım cəmi 0,1% təşkil edib. Bu, Dövlət Statistika Komitəsinin ilkin rəqəmləridir. Bu il ÜDM-in artımının 3,2%-dək sürətlənəcəyini gözləyirik”, - “İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi “Bugünkü borc bazarları” adlı analitik icmalda qeyd edilir.
SIR-ın qiymətləndirmələrinə əsasən, 2019-cu ildə “investisiya fəallığı və ÜDM-i artımı 2017-ci ilin müqayisəsinin yüksək bazasının pozulması hesabına artmalıdır”.
İcmalda qeyd edilir ki, qeyri-neft sektoru 2018-ci ildə ÜDM-in müsbət artım dinamikasını təmin edib, burada artım 1,8% təşkil edib, baxmayaraq ki, neft-qaz sektorunda artım 0,7% olub.
“Qeyri-neft-qaz sektoru sayəsində 2018-ci ildə müqayisəli qabaqlayıcı artım sənaye sahəsində qeydə alınıb (9,1%), baxmayaraq ki, qiymətləndirmələrimizə əsasən, neft-qaz sahəsində hasilatın həcmi 2017-ci illə müqayisədə 0,9% azalıb”, - sənəddə deyilir.
“Sberbank CIB Investment Research” vurğulayır ki, 2018-ci ildə Azərbaycan iqtisadiyyatının digər sahələrdinə də dinamikanın yaxşılaşması tendensiyası qalıb: kənd təsərrüfatında istehsal həcmi 4,6%, nəqliyyatda 1,5%, pərakəndə ticarət dpvriyyəsi 3% artıb.
Azərbaycan hökuməti 2019-cu ildə ÜDM-in artımını 3,6% səviyyəsində proqnozlaşdırır. **
A.Əzizov