Bakı Azərbaycan ərazilərinin hərbi işğalı və Dağlıq Qarabağda azərbaycanlıların qətlinin iştirakçısı olan Mixail Avaqyana Buqaşen qəsəbəsində Axalkalaki şəhərində büst qoyulması faktı ilə əlaqədar Tbilisiyə etirazını bildirib.
“Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze Azərbaycan XİN-ə çağırılıb. Ondan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu faktın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib”, - XİN-nin mətbuat katibi Leyla Abdullayeva “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O qeyd edib ki, bununla əlaqədar Azərbaycanın Gürcüstandakı səfiri Dursun Hsənov Gürcüstan XİN-də görüş keçirib və bu faktla bağlı Bakının etirazını bildirib. **
F.İsazadə