2018-ci ildə Azərbaycanın rabitə və poçt müəssisələrinin gəlirləri 2017-ci illə müqayisədə 9,3% - 881,2 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gəlirlərin strukturunda 82% özəl sektorda fəaliyyət göstərən müəssisələrin payına düşüb.
Xidmətlərin 72,6%-nin istifadəçiləri fiziki şəxslər olub və onlara 1 mlrd. 365,7 mln. manatlıq (artım 9,2% - İF-Az) xidmət göstərilib.
2018-ci ildə rabitə xidmətlərinin ümumi həcminin 46,2%-i və ya 868,5 mln. manat (artım 1,4%) ölkədə fəaliyyət göstərən 3 mobil rabitə operatoru – “Azercell Telecom”, “Bakcell” və “Azerfon” tərəfindən göstərilən mobil rabitə xidmətlərinin payına düşüb.*
N.Abbasova