Yaxın gələcəkdə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı namizədlərinqısa siyahısı hazırlanacaq. Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən məlumat verilib.
“Azərbaycan milli komandasının hazırda vakant olan baş məşqçisi vəzifəsinə təyinatla bağlı namizədlərin müzakirəsi prosesi davam etməkdədir. Yaxın gələcəkdə namizədlərin qısa siyahısının hazırlanması nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.
Ötən dövr ərzində müxtəlif ölkələrdən olan məşqçilərlə görüşlər keçirilib.
“AFFA-nın Məşqçilər Komitəsinin tövsiyyələri də nəzərə alınmaqla hazırlanacaq qısa siyahı müvafiq qaydada AFFA rəhbərliyinə və İcraiyyə Komitəsinə təqdim olunacaq”, - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, futbol üzrə Azərbaycan milli yığmasının baş məşqçisi Qurban Qurbanov 2018-ci il dekabr ayının 8-də istefa verib. O, bütün diqqətini baş məşqçisi olduğu “Qarabağ” klubuna yönəltməklə bağlı qərar qəbul edib. Milli yığmaya 2017-ci ilin noyabr ayından başçılıq edən Q.Qurbanov bu postda xorvat Robert Prosineçkini əvəz edib.*
R.Babayev