“Azərenerji” ASC-nin ərazisində mühafizə həyata keçirən “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-nin işdən ixtisar olunan əməkdaşları işlə təmin olunacaqlar.
Rəsmi mətbuatda verilən məlumata görə, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva“Azərenerji” ASC-yə müvafiq göstəriş verib.
Məlumsata əsasən, MMC-nin əməkdaşlarının bir hissəsi 2018-ci il iyulun 3-də Mingəçevir şəhərindəki Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəzadan sonra işdən ixtisar olunublar.
“2018-ci il iyulun 3-də Mingəçevir şəhərindəki Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə əlaqədar enerji sisteminin dövlət əhəmiyyətli strateji obyektlərində təxribat və terror xarakterli əməllərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər kimi bu obyektlərin mühafizəsinin Daxili İşlər Nazirliyinin Mühafizə polisi tərəfindən aparılması barədə qərar qəbul edilib. “Azərenerji” ASC tərəfindən “Azərbaycan İES” MMC-nin mühafizəsinin zəruri hissəsi Daxili İşlər Nazirliyinə həvalə olunduğundan, Mingəçevir və Varvara Su Elektrik Stansiyalarının mühafizəsinin böyük hissəsi Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirildiyindən, eləcə də “Azərbaycan İES” və bir sıra stansiyalarda ağıllı müşahidə kameraları quraşdırıldığından və hasarlama işləri aparıldığından bəzi işçilərin ixtisarı barədə qərar qəbul olunub”, - məlumatda deyilir. **
Ə.Məmmədov