Azərbaycan prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyünün müdafiəçiləri və şəhid ailələrinin məişət şəraitinin yaxşılaşdırılmasına dair planın reallaşdırılması müddətini uzadıb.
İ.Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamında dəyişiklik edilməsi barədəsərəncamı cümə günü Azərbaycan prezidentinin saytında dərc olunub.
Sərəncama əsasən, qeyd olunan şəxslərə mərhələli şəkildə mənzil və fərdi evlərin təqdim olunması 2028-ci ilədək uzanacaq. **
Ə.Məmmədov