Azərbaycan Mərkəzi Bankının hədəfi inflyasiyanı 4% (±2%) səviyyəsində saxlamaqdır. Bunu AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmovdeyib.
“2018-ci ildə orta illik inflyasiya 2,3% təşkil edib. 2019-cu ildə pul siyasətinin əsas hədəfi inflyasiyanı 4% (±2%) səviyyəsində saxlamaqdır”, - E.Rüstəmov bankın İdarə Heyətinin geniş iclasında bildirib.
Onun sözlərinə görə, buna nail olmaq üçün AMB pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə adekvat istifadə etmək niyyətindədir.
E.Rüstəmov əlavə edib ki, ümumilikdə 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin strateji prioriteti makroiqtisadi sabitliyin artırılması və iqtisadi artım məqsədilə onun rolunun gücləndirilməsidir.
O qeyd edib ki, bu vəzifənin reallaşdırılması məqsədilə “inflyasiyanın stabil aşağı səviyyədə olması” zərurudir. **
A.Əzizov