Bakı Şəhər Baş Polis İdarəsi şənbə günü paytaxtın Yasamal rayonunda 50-60 nəfərdən ibarət bir qrup şəxsin yürüş keçirmək cəhdi barədə məlumat verir.
“Şənbə günü saat 15.30 radələrində50-60 nəfərdən ibarət bir qrup şəxs“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq Yasamal rayonu Mirəli Seyidov küçəsində toplaşıb küçə yürüşü keçirməyə cəhd edib”, - məlumatda qeyd olunur.
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına əsasən, həmin şəxslər ictimai asayişi və vətəndaşların istirahət hüquqlarının pozulması kimi qanunazidd hərəkətlərə yol verib ərazidə xidmətdə olan polis əməkdaşlarına qarşı tabesizlik göstəriblər.
“Qanunsuz küçə yürüşü cəhdinin qarşısının alınması zamanı aksiyanın 15 iştirakçısı saxlanılıbYasamal rayon polis idarəsinə gətirilib, digərləri ərazidən uzaqlaşdırılıb. Saxlanılan şəxslərdən10 nəfəri məhkəmə tərəfindən inzibati qaydada həbs edilib, 5 nəfər xəbərdar olunduqdan sonra sərbəst buraxılıb", - polis məlumat verir. **
R.Babayev