“Fitch Ratings” və “S&P Global Ratings” beynəlxalq reytinq agentlikləri Azərbaycanın yerli və xarici valyutada emitent defoltunun uzunmüddətli reytinqlərini “BB+” səviyyəsində təsdiq ediblər, proqnoz “stabil” saxlanılıb. Bu barədə agentliklərin məlumatında deyilir.
“S&P” 2019-2022-ci illərdə Azərbaycanın orta səviyyədə iqtisadi artımını və xarici balansın kiçik profisitini gözləyir. Agentliyin qiymətləndirmələrinə görə, büdcə saldosu 2018-ci ilin göstəricisindən kifayət qədər zəif olacaq, lakin nəzarət altında qalacaq.
“BB+” reytinqləri güclü xarici balans və Azərbaycanın aşağı səviyyədə dövlət borcunu əks etdirir. Bu, yüksək neft gəlirləri dövründə qalıqların yığımının iqtisadiyyatın karbohidrogenlərdən güclü asılılığı, təsisatların kifayət qədər inkişaf etməməsi və qeyri-şəffaf olması, bank sektorunun zəif olması və idarəçilik göstəricilərinin aşağı olması ilə uyğunluqla şərtlənir”, - “Fitch”in məlumatında deyilir.
“Fitch”in qiymətləndirmələrinə görə, 2019-cu ildə Azərbaycan ÜDM-in 2018-ci ildə 1,3% artımdan sonar 3,5% artacaq. **