Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Moskva şəhərinə səfərə yola düşüb. Bu barədə QMİ-nin mətbuat xidməti məlumat verir.
“A.Paşazadənin Moskvaya səfərinin məqsədi Moskva və bütün Rusiya Patriarxı Kirilin Rus Pravoslav Kilsəsinin başçısı seçilməsinin 10-cu ildönümü münasibətilə keçiriləcək iki günlük təntənəli mərasimlərdə iştirak etməkdir”, - məlumatda qeyd olunur.
Tədbirlər çərçivəsində QMİ sədri 30-31 yanvar tarixlərində Patriarx Kirillə görüşəcək. **
R.Babayev