Kənd Təsərrüfatı Nazirliyi müxtəlif profilli aqromüəssisələrin layihələndirilməsi üzrə podratçı seçir.
Seçim açıq tender üsulu ilə keçirilir və 4 lotdan ibarətdir: Dövlət Sort Sınaq Məntəqələrinin 4 əsas və yardımçı binasının layihələndirilməsi (lot-1); toxum istehsalı üzrə zavodun layihələndirilməsi (lot-2); xırdabuynuzlu heyvanların qırxılma məntəqələrinin layihələndirilməsi (lot-3); barama qurutma məntəqələrinin layihələndirilməsi (lot-4).
1 və 2-ci lotlar üzrə iştirak haqqı 100 manat, 3 və 4 lotlar üzrə - 150 manatdır.
Tender təklifləri 14 mart 2019-cu il tarixinədək qəbul olunur. Tender proseduru martın 15-də baş tutacaq. **
B.Rüstəmbəyov