31 dekabr 2018-ci il tarixinə Azərbaycanda əhalinin bank əmanətləri 8 mlrd. 269,7 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.
2017-ci ilin sonuna banklarda əhalinin əmanətləri 7 mlrd. 542,5 mln. manat məbləğində qiymətləndirilib. Beləliklə, 2018-ci ildə əhalinin bank əmanətləri 9,6% artıb.
2018-ci il dekabrın 31-nə əhalinin bank əmanətlərinin strukturunda müddətli əmanətlərin həcmi 5 mlrd. 479 mln. manat (2018-ci ildə artım 5,6% - İF), tələbli əmanətlərin həcmi 2 mlrd. 790,7 mln. manat (artım 18,5%) təşkil edib.
2018-ci il dekabr ayının sonuna banklarda hüquqi şəxslərin depozitləri 10 mlrd. 311,5 mln. manat (artım 10,3%) məbləğində olub.
Ötən ilin sonuna banklarda əmanət və depozitlərin ümumi həcmi 18 mlrd. 581,2 mln. manat (artım 10%) təşkil edib.*
Ə.Məmmədov