"Azərbaycan-Ukrayna" Alyansı Ukraynanın Şatsk kurort şəhərində XIV-XV-ci əsrlərdə yaşayıb-yaratmış görkəmli Azərbaycan şairi Seyid İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş tədbirlər keçirəcək.
Bu mədəni tədbirin keçirilməsi haqqında razılaşma alyansın sədri Elmar Məmmədov və Ukraynanın Volın vilayətinin qubernatoru Aleksandr Savçenkonun görüşü zamanı əldə edilib.
"Bu kurort şəhərinin gözəlliyindən zövq alaraq qərara gəldik ki, hər bir azərbaycanlı üçün əhəmiyyət kəsb edən bu hadisəni - böyük şair Nəsiminin yubileyi məhz burada keçirilsin", - deyə E.Məmmədov "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
O əlavə edib ki, yubileyin qeyd edilməsi çərçivəsində Şatskda şairə həsr olunmuş film nümayiş etdiriləcək, eləcə də onun yaradıcılığı ictimaiyyətə təqdim ediləcək.
Qeyd edək ki, prezident İlham Əliyev 2019-cu ili “Nəsimi İli” elan edib.*
F.İsazadə