2018-ci ildə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən 870-ə yaxın cinayətkar qrup zərərsizləşdirilib. Bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib.
“Ötən il Azərbaycanda mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2,277 min cinayət törətmiş 869 cinayətkar qrup zərərsizləşdirilib. Polis əməkdaşlarına silahlı müqavimət göstərən 5 nəfər məhv edilib”, - R.Usubov 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, 2018-ci ildə respublikanın hüquq-mühafizə orqanları tərəfindən 31,539 cinayət işinin istintaqı aparılıb.
“Vətəndaşlara dəymiş maddi ziyanın ödətdirilməsi 2017-ci illə müqayisədə 2% yaxşılaşaraq 86,8% təşkil edib”, - nazir qeyd edib.
R.Usubov əlavə edib ki, 2018-ci ildə 144 insan alveri və 4 məcburi əmək cinayəti müəyyən edilib. “28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib, bu cinayətlərin qurbanı olmuş 98 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib”, - nazir bildirib. **
R.Babayev