2014-2018-ci illərdə Azərbaycanın inkişafına sərmayələr 27 mlrd. manat təşkil edib. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına 24,2 mln. manat yönəldilib. Bundan əlavə, Azərbaycan prezidentinin 400-dən artıq sərəncamı çərçivəsində bu məqsədlərə 2,8 mlrd. manat ayrılıb”, - Ş.Mustafayev bu gün bildirib.
Onun sözlərinə görə, bu beş illik dövr ərzində sahibkarlara 2,6 mlrd. manat məbləğində layihələrin icrasına 1 mlrd. manat güzəştli kreditlər ayrılıb.
Ş.Mustafayev əlavə edib ki, 2014-2018-ci illərdə qeyri-neft sənayesinin artımı 32%, qeyri-neft ÜDM-in artımı 8% təşkil edib. **
B.Rüstəmbəyov