2018-ci ildə Azərbaycanda baş verən yanğınlar nəticəsində 83 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
"Bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 32 nəfər və ya 63% çoxdur”, - nazirlikdən bildirilir.
Həlak olanların sayının artımı əsasən 2 mart 2018-ci ildə Bakıda Respublika Narkoloji Mərkəzində yanğınla əlaqədardır. Hadisə nəticəsində 25 nəfər həlak olub.
Çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə baş verən yanğın hadisələri zamanı 43 nəfər həlak olub, 109 nəfər xəsarət alıb.
Bu dövrdə baş vermiş yanğın hadisələri zamanı 165 nəfər (azalma 27%) xəsarət alıb.
2018-ci ildə baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 15,229 min çıxış (artım 17,9%) edilib. Bunun 2,219 mini çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə, 9,946 mini açıq sahələrdə, 9-u meşə və meşə talalarında, 330-u nəqliyyat vasitələrində, 2,725-i digər yerlərdə baş verən yanğınlarla əlaqədar olub.**
R.Babayev