“Bakı Metropoliteni” QSC metro tunellərində istifadə olunan korroziya əleyhinə örtüklərin alınmasına 1,2 mln. manatdan çox vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş materiallara əsasən Bakı Metropoliteni «CMT Group» MMC ilə müqavilə bağlayıb. Müqavilənin dəyəri 1 mln. 214 min 857,2 manatdır.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 25 stansiyadan ibarətdir. 2018-ci il ərzində sərnişin daşımalarının həcmi 231 mln. nəfər təşkil edib.*
N.Abbasova