2018-ci ildə Azərbaycanda baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 105 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bu dövr ərzində Azərbaycanda 15,464 min təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2017-ci illə müqayisədə 17% çoxdur.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 105 nəfər həlak olub (artım 46,8%), daha 231 nəfər xəsarət alıb (azalma 30,8)."Nazirliyin əməkdaşları tərəfindən 94 nəfər xilas edilib, 1,724 min nəfər təxliyə olunub”, - nazilikdən qeyd ediblər. **
R.Babayev