2018-ci ildə Azərbaycanda 1,1tondan artıq narkotik vasitə dövriyyədən çıxarılıb. Bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib.
“Ötən il Azərbaycanda transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə qarşı həyata keçirilən tədbirlərlə qeyri-leqal dövriyyədən 1 ton 136 kiloqram narkotik vasitə çıxarılıb, 45 cinayətkar qrup zərərsizləşdirilib”, - R.Usubov 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, hesabat ili ərzində çəkisi 138 ton təşkil edən narkotik tərkibli bitki yığılaraq yaşıl kütlə halında məhv edilib. **
R.Babayev