2019-cu ilin yayında “Vahid Rusiya” Partiyasının nümayəndələri Azərbaycana səfər edəcəklər. Bu barədə partiyanın rəsmi saytında məlumat verilir.
“İyun ayında Partiyanın beynəlxalq nümayəndə heyəti Azərbaycana səfər etməyi planlaşdırır”, - məlumatda deyilir.
Səfər 2019-cu ilin ikinci rübündə beynəlxalq fəaliyyətə dair partiyanın Baş Şurası Rəyasət Heyətinin təsdiq etdiyi planı çərçivəsində nəzərdə tutulur.
Bundan əlavə, “Vahid Rusiya” Partiyası xarici ölkələrlə əlaqələrin dəstəklənməsi məqsədilə videokonfransların istifadəsi və parlamentlərarası və partiyalararası əməkdaşlıq təcrübəni uyğunlaşdırmaq qərarını dəstəkləyib. **
F.İsazadə