2018-ci ildə SOCAR şirkətinin (ARDNŞ) qazma idarələri 2017-ci illə müqayisədə qazma işlərinin həcmini 16,6% - 160,24 min metrədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Məlumata görə, ötən il şirkət tərəfindən 7 mln. 542 min ton neft (artım 1,6%) və 6 mlrd. 526,6 mln. kubmetr qaz hasil olunub (artım 7,2).
“2018-ci ildə SOCAR tərəfindən dünya bazarlarına 23 mlm. 879 min ton neft (artım 15,3% - İF) və 1,821 mln. ton neft emalı və neft-kimya məhsulları (artım 20% - İF) ixrac olunub”, - şirkətdən bildiriblər. **
N.Abbasova