Bakı fevralda Münhen Təhülkəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan XİN başçıları Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın görüş imkanını istisna etmir.
“Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüş yeri və tarixi hələlik müəyyən olunmayıb, lakin hər şey mümkündür. Azərbaycan tərəfi danışıqları yalnız danışıqlar xatirinə deyil, təsirli nəticələrin əldə olunması məqsədilə keçirilməsini dəstəkləyir; bu bizim prinsipial mövqeyimizdir”, - Azərbaycan XİN-nin mətbuat katibi Leyla Abdullayeva “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan çərşənbə axşamı bəyan edib ki, fevralda Münhen Təhülkəsizlik Konfransı “çərçivəsində” azərbaycanlı həmkarı ilə görüşün keçirilməsi ehtimalı var. **
F.İsazadə