ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Daniel Kouts çərşənbə axşamı bəyan edib ki, Dağlıq Qarabağ ətrafında Ermənistan və Azərbaycan arasında gərgin münasibətlər, Rusiyanın da cəlb oluna biləcəyi irimiqyaslı münaqişəyə səbəb ola bilər.
“Əvvəlki kimi, Dağlıq Qarabağ ətrafında Ermənistan və Azərbaycan arasında gərginlik mümkün irimiqyaslı hərbi münaqişə mənbəyidir”, - D.Koutsun bəyanatında deyilir.
Onun sözlərinə görə, bu cür münaqişə “Rusiyanı cəlb edə bilər”. **