“Azərmaş” avtomobil zavodu fevral ayından etibarən Azərbaycan istehsalı olan “Peugeot” markalı avtomobillərin satışına başlayır. Bunu zavodun direktoru Emin Axundovdeyib.
““Azərmaş” zavodu 2019-cu ilin fevral ayından etibarən Azərbaycan istehsalı olan “Peugeot” markalı avtomobillərin satışına başlayır. İstehsala başlamaq üçün artıq bütün zəruri avadanlıqlar quraşdırılıb”, - deyə o bildirib.
2018-ci il martın 29-da “Azərmaş” zavodunun rəsmi açılışı olub. Zavodun təsisçiləri “İran Khodro” və “AzEuroCar” şirkətləridir. Zavod Neftçala Sənaye Məhəlləsində yerləşir.
Zavodda istehsal olunan bütün avtomobillər “Avro-5” standartlarına uyğundur.
I mərhələdə müəssisənin yaradılmasına $15 mln. investisiya qoyulub.*
B.Rüstəmbəyov