“Azərenerji” ASC ISO 9001:2015 və 14001:2015 beynəlxalq standartları üzrə sertifikatlaşdırılma məqsədilə auditin keçirilməsinə «Buro Veritas Azeri» MMC-ni cəlb edib. Bu barədə “Azərenerji”nin məlumatında deyilir.
““Buro Veritas Azeri” ilə ISO 9000:2015 və 14000:2015 beynəlxalq standartları (keyfiyyəti idarəetmə və ətraf mühiti mühafizə sistemləri) üzrə sertifikatlaşdırılma üçün auditin keçirilməsi haqqında müqavilə bağlanıb. Şirkət müvafiq seçimin qalibi olub», - deyə məlumatda bildirilir.
Müqavilənin dəyəri 21,122 min manat təşkil edir.*
N.Abbasova