Azərbaycan “Global Finance” jurnalının versiyasına görə dünyanın ən təhlükəsiz ölkələri reytinqində 128 ölkə arasında 71-ci yeri tutub.
Dünyanın ən təhlükəsiz ölkələrinin üçlüyünə İslandiya, İsveçrə və Finlandiya, ilk onluğa isə Portuqaliya, Avstriya, Norveç, Qətər, Sinqapur, Danimarka və Yeni Zelandiya daxildir.
MDB məkanında ən təhlükəsiz ölkələr Qazaxıstan (44), Moldova (46), Ermənistan (62), Tacikistan (68) və Qırğızıstandır (89).
Rusiya 108, Ukrayna isə 116-cı pillədə qərarlaşıb.
Estoniya, Latviya və Litva müvafiq olaraq 17, 24 və 25-ci pillələrdə yer alıb.
Belarus, Özbəkistan və Türkmənistan reytinq cədvəlinə daxil edilməyib.
Son onluqda Venesuela, Mali, Çad, Banqladeş, Kolumbiya, Pakistan, Nigeriya, Salvador, Qvatemala, Yəmən və Filippin qərarlaşıb.
Reytinqin tərtib edilməsi zamanı hərbi münaqişənin yaranma ehtimalı, əhalinin şəxsi təhlükəsizlik səviyyəsi, iqtisadi inkişaf, həmçinin təbii fəlakətin yaranma riskləri əsas götürülüb.*
F.İsazadə