Rusiya ATƏT-in Minsk qrupu çərçivəısində Qarabağ nizamlanması üzrə ABŞ və Fransa ilə kifayət dərəcədə nizamlı şəkildə işləyir. Bunu Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin çərşənbə günü İrəvanda jurnalistlərə bildirib.
“Biz də üçlük çərçivəsində (ATƏT-in Minsk qrupu - İF) amerikalılarla birgə işləyirik. “Hələlik mövcud strukturlar çərçivəsində amerikalılar və fransızlarla yaxşı əlaqədəyik”, - Q.Karasin bildirib.
“İş nizamlı şəkildə aparılırmı” sualına o cavab verib: “Bəli”.
Vasitəçilərin Ermənistan və Azərbaycan cəmiyyətlərinin sülhə hazırlanması zəruriliyi barədə bəyanatı şərh edən Q.Karasın bildirib: “Qarşılıqlı etimadı, mürəkkəb problemlərin sülh yolu ilə həllinə cəhdi formalaşdırmaq lazımdır”. **