2018-ci ildə “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına ümumilikdə 197,9 mln. manat dəyərində kənd təsərrüfatı maşın və avadanlıqları satılıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
2017-ci illə müqayisədə satışların həcmi 71,5 mln. manat azalıb.
2018-ci ildə “Aqrolizinq” xaricdən 6,03 min vahid kənd təsərrüfatı texnikası alıb ki, bu da 2017-ci illə müqayisədə 3,847 min vahid azdır.
Ötən il ərzində “Aqrolizinq” ASC-nin xətti ilə 118 vahid taxılyığan kombayn, 1346 vahid müxtəlif növ traktor, 101 vahid pambıqyığan kombayn, 588 vahid traktor yedəkləri, 259 vahid kultivator, 652 vahid səpici aqreqat, 89 vahid ot biçən, 30 vahid taxıl təmizləyən və digər kənd təsərrüfatı maşın və avadanlıqları satılıb.
“Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.*
B.Rüstəmbəyov