2018-ci ildə Azərbaycanda baş verən partlayışlar nəticəsində qurbanların sayı 20 nəfər təşkil edib. Bunu Fövqəladə Hallar Nazirliyi qeyd edir.
Nazirliyin saytındakı məlumata əsasən, ötən il Azərbaycanda 69 partlayış hadisəsi baş verib, bu da 2017-ci ilin göstəricisindən 18% azdır.
20 nəfər partlayışların qurbanı olub, daha 63 nəfər xəsarət alıb.
2017-ci ildə Azərbaycanda baş verən partlayışlar nəticəsində 17 nəfər həlak olub, 87 nəfər xəsarət alıb. **
R.Babayev