Ermənistan Qarabağ məsələsində sülhə qarşılıq hansısa ərazilərin qaytarılması imkanını müzakirə etməyəcək. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
“Biz “sülhə qarşılıq ərazilər” formulunu müzakirə edə bilmərik”, - N.Paşinyan çərşənbə günü jurnalistlərin suallarına cavabında bildirib.
O, həmçinin vurğulayıb ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ilə telefon danışığı zamanı Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə etməyib. **