2018-ci ildə “Qala Həyat Sığorta” şirkətinin sığorta haqları 15 mln. 897 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Operativ məlumatlara görə, 2018-ci ildə şirkətin sığorta haqları 15 mln. 897 min manat təşkil edib. Bütövlükdə, “Qala Həyat Sığorta”nın portfeli şaxələndirilib, bədbəxt hadisələrdən icbari sığorta satışları 12,6%, həyat sığortası satışları 10%-dək artıb», - deyə məlumatda bildirilir.
Hesabat dövründə şirkətin ödənişləri 12 mln. 349,2 min manat təşkil edib.
“Qala Həyat Sığorta” şirkəti 2011-ci ildən etibarən sığorta bazarında fəaliyyət göstərir və sığorta haqlarının yığım həcminə görə aparıcı şirkətlərin onluğuna daxildir. Şirkətin nizamnamə kapitalı 12 mln. 870 min manata bərabərdir.*
Ə.Məmmədov