«Bakı Metropoliteni» QSC və Rusiyanın «Metrovaqonmaş» ASC (“Transmaşholdinq” QSC-nin şirkətlər qrupuna daxildir) Bakı metrosu üçün «81-765.Б/766.Б» model 30 ədəd vaqonun tədarükü haqqında müqavilə bağlayıb. Bu barədə “Transmaşholdinq”in məlumatında deyilir.
Müqaviləni «Metrovaqonmaş» ASC-nin baş direktoru Boris Boqatıryov və «Bakı Metropoliteni» QSC-nin sədri Zaur Hüseynov imzalayıblar.
“Müqaviləyə əsasən 2019-cu ilin sonunadək Bakı metrosu üçün 6 beşvaqonlu qatar tədarük olunacaq. Yeni vaqonların Bakıya tədarükünə cari ilin II rübündə başlanılması planlaşdırılır», - deyə məlumatda bildirilir.
Baş vaqonların salonlarında əlil arabaları və velosipedlər üçün yerlər nəzərdə tutulub.
Qeyd edək ki, 2018-ci ildə “Transmaşholdinq” Bakı metrosuna «81-765/766» model 2 beşvaqonlu qatar tədarük edib.*
N.Abbasova