Azərbaycanın hüquq-mühafizə orqanları cümə axşamı Novxanı kəndində bir slıra siyasi partiyalar tərəfindən ictimai asayişi pozmaq cəhdinin qarşısını alıblar. Bu barədə Abşeron Rayon Polis İdarəsindən məlumat verilir.
“Yanvarın 31-də əvvəlcə Azərbaycan Xalq Cəbhəsi Partiyası 3, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası 25, sonra isə Müsavat Partiyası 125, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə 135 - ümumilikdə 288 nəfərlə saat 11:00-dan 14:00-dək olan müddətdə Abşeron rayonunun Novxanı kəndində Məmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü münasibətilə anım mərasimi keçiriblər”, - məlumatda deyilir.
“Öncədən xəbərdarlıq edilməsinə baxmayaraq, AXCP-nin aparıcı funksionerləri anım tədbirinin mahiyyətinə uyğun olmayan siyasi xarakterli şüarlar səsləndirərək ictimai asayişi pozmağa cəhd ediblər. Lakin bu cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb”, - məlumatda bildirilir. **
R.Babayev