Azərbaycan prezidenti İlham Əliyev Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisinin başa çatdırılması məqsədilə əlavə vəsaitin ayrılmasına dair sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən Səhiyyə Nazirliyinə 11 mln. 468,3 min manat ayrılacaq.
Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. **
Ə.Məmmədov