Azərbaycan prezidenti İlham Əliyev “Tibbi sığorta haqqında” qanuna icbari tibbi sığortanın tətbiqi qaydalarında dəyişiklikləri təsdiq edib.
Müvafiq fərman cümə axşamı dövlət başçısının saytında dərc olunub.
Düzəlişlərə əsasən, xidmətlər iki - baza və əlavə hissədən ibarət olacaq.
Baza hissəsindən Azərbaycan vətəndaşları, həmçinin ölkə ərazisində yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə edə bilər. Baza hissəsi ödənişsiz olacaq. Baza hissəsi üzrə dövlət büdcəsindən təqvim ili üçün adambaşına 29 manat köçürüləcək.
Xidmətlər zərfinin əlavə hissəsi üzrə sığortalı tərəfindən - hesablanmış əməyin ödənişi fondunun 2%-i, sığortaolunan tərəfindən - işçinin əmək haqqının 2%-i həcmində sığorta ödənişi tələb olunacaq.
18 yaşı tamam olmayan, həmçinin təhsil alan və 23 yaşı tamam olmayan şəxslər, pensiyaçılar, ünvanlı sosial yardım alan və hamilələr üçün xidmətlər zərfinin əlavə hissəsinin məbləği 120 manat təşkil edəcək və dövlət büdcəsi hesabına ödəniləcək.
Sahibkarlar, mülki-hüquqi müqavilələr əsasında xidmətlər təklif edən fiziki şəıxslər, o cümlədən özünüməşğul əhali üçün xidmətlər zərfinin əlavə hissəsinin məbləği həmçinin 120 manat təkil edəcək, lakin onlar həmin məbləği özləri ödəməli olacaqlar.
Qanuna dəyişikliklər 1 yanvar 2020-ci ildə qüvvəyə minəcək.
Hazırda İTS sisteminin tətbiqi pilot xarakteri daşıyır, bu sistem Mingəçevir, Yevlax, Ağdaş rayonlarında tətbiq olunur. 2020-ci ildən etibarən Azərbaycanda İTS sisteminin tam tətbiqi özlənilir. **
Ə.Məmmədov