Azərbaycan Mərkəzi Bankı cümə günü “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyaya start verib. Bu barədə “Interfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilir.
“Lotereya çərçivəsində üç tiraj keçiriləcək - fevral, mart və aprel aylarında. Bu dövrdə POS-terminallarda minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə edəcək”, - bankdan qeyd ediblər.
Lotereyanın uduş məbləği 50 manat məbləğində nəzərdə tutulur və hər tirajın uduş fondu oynanıldıqdan sonra qalib olan şəxsin kart hesabına daxil ediləcək.
Lotereyada bütün növ ödəniş kartları, o cümlədən pensiya, əmək haqqı, təqaüd və tələbə kartlarının sahibləri iştirak edə biləcək.
Bankın qiymətləndirmələrinə görə, ümumilikdə 1,8 nəfər lotereyanın qalibi olacaq. **
Ə.Məmmədov