Cari il mayın 2-3-də Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu nazir Əbülfəs Qarayev deyib.
“BMT ilə fəal əməkdaşlıq çərçivəsində cari il mayın 2-3-də Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək”, - deyə Ə.Qarayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşdə bildirib.
Nazir Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının BMT vasitəsilə canlı yayımının təşkilində dəstəyə görə minnətdarlığını bildirib.
Q.İshaqzai, öz növbəsində, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq prosesinə yaxından cəlb olunmağa hazır olduğunu qeyd edərək bu istiqamətdə görüşlərin keçirilməsini təklif edib.
“Görüşdə Azərbaycan-BMT əlaqələri, mədəniyyət sahəsində həyata keçirilən əməkdaşlıq məsələləri müzakirə edilib”, - deyə məlumatda qeyd olunur.*
R.Babayev