2018-ci ildə Azərbaycanın valyuta bazarında disbalans $100 mln.-dan bir qədər artıq təşkil edib. Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
“2018-ci il valyuta bazarı proqramı $6,5 mlrd.-a yaxın həcmdə qiymətləndirilirdi. Eyni zamanda, real olaraq, valyuta bazarlarında $100 mln.-dan bir qədər artıq vəsait satılmayıb. Bazarda disbalans məhz bundan ibarətdir”, - E.Rüstəmov bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu $100 mln. dövlət büdcəsinə daxil olub və xarici borca xidmət edilməsi və digər məqsədlərə sərf olunub.
E.Rüstəmovun sözlərinə görə, ümumilikdə 2018-ci il də valyuta bazarında tarazlıq və sabitlik müşahidə edilib, bu da manatın məzənnəsinin sabit olmasına səbəb olub.
“Qeyd edim ki, bu asan başa gəlməyib. Ötən ilin aprel və avqust aylarında qonşu dövlətlər və əsas ticarət tərəfdaşlarımızın valyutalarının məzənnələrinin güclü volatilliyini müşahidə etdik, bu da Azərbaycana müəyyən dərəcədə təsir etdi. Lakin biz tarazlığı bərpa etdik və məzənnənin kəskin dəyişməsinin qarşısını ala bildik”, - bankın sədri vurğulayıb. **
Ə.Məmmədov
Дисбаланс на валютном рынке Азербайджана в 2018г превысил $100 млн – глава Центробанка
Onun sözlərinə görə, bu $100 mln. dövlət büdcəsinə daxil olub və xarici borca xidmət edilməsi və digər məqsədlərə sərf olunub.
E.Rüstəmovun sözlərinə görə, ümumilikdə 2018-ci il də valyuta bazarında tarazlıq və sabitlik müşahidə edilib, bu da manatın məzənnəsinin sabit olmasına səbəb olub.
“Qeyd edim ki, bu asan başa gəlməyib. Ötən ilin aprel və avqust aylarında qonşu dövlətlər və əsas ticarət tərəfdaşlarımızın valyutalarının məzənnələrinin güclü volatilliyini müşahidə etdik, bu da Azərbaycana müəyyən dərəcədə təsir etdi. Lakin biz tarazlığı bərpa etdik və məzənnənin kəskin dəyişməsinin qarşısını ala bildik”, - bankın sədri vurğulayıb.