Azərbaycan 2018-ci ildə $1 mlrd. 689 mln. məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2017-ci ilin göstəricisindən 10% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Ötən il ərzində ixracın strukturunda əsas həcm pomidor ($177,4 mln. – 2017-ci müqayisədə artım 17%), qızıl ($118 mln. – azalma 5,9%), xurma ($114,5 mln. - artım 25,9%), təmizlənmiş qoz ($93,5,7 mln. – azalma 18,3%), çiyidli pambıq ($79,5 mln. - azalma 2,44 dəfə), polietilen ($68,6 mln. – azalma 1,3%), elektrik enerjisi ($65,6 mln. - artım 28,6%), işlənməmiş alüminium ($48,6 mln. – artım 2,1 dəfə) payına düşüb.
2018-ci ildə Azərbaycan daha çox meyvə və tərəvəz ($560 mln. və ya qeyri-neft ixracının ümumi həcminin 33,1%-i) ixrac edib.
Hesabat dövründə Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($619,2 mln. – artım 12%), Türkiyə ($344,9 mln. – artım 18%), İsveçrə ($135,4 mln. – azalma 5,64%), Gürcüstan ($124,5 mln. – azalma 9,6%) və Qazaxıstan ($44,6 mln. – artım 36%) daxildir. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 36,6%-i RF-nin payına düşüb.
2017-ci ildə Azərbaycan $1 mlrd. 538 mln. məbləğində qeyri-neft məhsulları ixrac edib. **
B.Rüstəmbəyov