2018-ci ildə Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsi ilə 1 mlrd. 278,4 mln. manatlıq əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2017-ci illə müqayisədə əməliyyatların həcmi 25% artıb.
Ötən ilin dekabr ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 82,9 mln. manat təşkil edib və 2017-ci ilin dekabr ayı ilə müqayisədə 5,7% artıb.
Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycana 2,85 mln.-a yaxın turist gəlib. Rusiyadan gələnlərin xüsusi çəkisi 30,9%, Gürcüstandan – 21,4%, Türkiyədən – 10,2%, İrandan – 8,5%, BƏƏ-dən – 3,3% artıb, **
B.Rüstəmbəyov